"Sportinq"də yeni baş məşqçi
26.12.2024 - 15:54

Portuqaliyanın "Sportinq" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Apasport.az xəbər verir ki, "ağ-yaşıllar" yerli mütəxəssis Ruy Borjesə həvalə olunub.
O, bu postda istefaya göndərilən Joau Pereyranı əvəzləyib.
Qeyd edək ki, "Sportinq" Portuqaliya çempionatında 37 xalla ikinci sırada qərarlaşıb.
0
0