Super Liqadan aşağı liqaya düşən ilk komanda müəyyənləşdi
20.04.2024 - 17:22

Türkiyə Super Liqasının 33-cü həftəsində "Karagümrük" "İstanbulspor"un qonağı olub.
Apasport.az xəbər verir ki, matç qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, bu mövsüm elitanı tərk edən ilk komanda "İstanbulspor" oldu.
Qeyd edək ki, istanbullular 16 xalla turnirin sonuncu, yəni 20-cidir. "Karagümrük" isə 33 xalla 16-cı pilləyə yüksəlib.
0
0