Tilemans “Aston Villa”da
10.06.2023 - 22:39

“Aston Villa” Yuri Tilemansın trasferini rəsmiləşdirib.
Apasport.az-ın məlumatına görə, “Lester”dən ayrılan futbolçu komandaya azad agent kimi qoşulub.
Tilemans baş məşqçi Unai Emerini istəyi ilə “Aston Villa”ya qoşulub. Tibbi müayinədən keçəcək futbolçu ilə 4 illik müqavilə imzalanacaq. O, 2022/23 mövsümündə 37 oyunda dörd qol və iki ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, belçikalı yarımmüdafiəçi 2019-cu ildən “Lester”də çıxış edirdi.
0
0