Tomas Tuxel: “Mbappeni velosipedlə götürəcəyəm”
13.11.2023 - 13:36

“Bavariya”nın baş məşqçisi Tomas Tuxel Kilian Mbappeni komandasında görmək istəyir.
Apasport.az xəbər verir ki, almaniyalı mütəxəssis 24 yaşlı futbolçunun Münhen təmsilçisinə keçidində maraqlıdır.
Tuxel fransalının mümkün transferinə münasibət bildirib: “Kilian Mbappeni imzalamaq istəyirəm? Bəli, bəli, o bizim üçün oynayacaq, bu aydındır. O, qeyri-adidir. Əgər gəlmək istəsə, onu velosipedlə götürəcəyəm! Ancaq düşünürəm ki, bunun gerçəkləşməsi reallıqdan uzaqdır”.
Qeyd edək ki, 50 yaşlı çalışdırıcı 2018-20-ci illərdə PSJ-yə rəhbərlik edərkən Mbappe ilə çalışıb.
0
0