Toni Kroosun karyerasında ilk
31.10.2022 - 09:02

İspaniya La Liqasının XII turunda “Xirona”nı qəbul edən “Real” 1:1 hesablı bərabərliklə kifayətlənib.
Apasport.az saytının məlumatına görə, qarşılaşma, xüsusən də, “kral klubu”nun yarımmüdafiəçisi Toni Kroos üçün uğursuz alınıb.
Çünki almaniyalı ulduz futbolçu 90+1-ci dəqiqədə ikinci sarı vərəqə ilə meydandan qovulub. 32 yaşlı orta sahə oyunçusu bununla 15 illik peşəkar karyerasında ilk qırmızı vərəqəsini alıb.
Qeyd edək ki, Toni Kroos 2014-cü ildən “Real”da çıxış edir.
0
0