“Totenhem”in dördüncüsü
16.12.2023 - 10:57

“Tottenhem” Premyer Liqanın XVII turunda “Nottinhem Forest”ə 2:0 hesabı ilə qalib gəlib.
Apasport.az xəbər verir ki, Deyan Kuluşevski səfər oyununda qol və assistə imza atıb.
İsveçli vinger XIV turun “Mançester Siti” ilə rəqib meydanındakı matçda (3:3) da eyni məhsuldarlıq göstərib. Deyan klub tarixinə ardıcıl iki səfər oyununda həm qol, həm assistlə yadda qalan 4-cü futbolçu kimi düşüb. Ona qədər Harri Keyn, Son Xın Min və Dimitar Berbatov bunu bacarıb.
0
0