"Tottenhem" hücumçusu ilə yeni müqavilə bağlayacaq
29.02.2024 - 14:42

"Tottenhem" hücumçusu Son Heunq-min ilə yeni müqavilə imzalamağa yaxındır.
Apasport.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə insayder Ekrem Konur məlumat verib.
Mənbənin sözlərinə görə, tərəflər arasında danışıqlar qabaqcıl mərhələdədir.
Koreyalı 2015-ci ildən London komandasında çıxış edir. Tərəflər arasında mövcud müqavilə 2025-ci ilin iyunun sonunda başa çatır. Futbolçunun bazar dəyəri 50 milyon avro olaraq qiymətləndirilir. Bu mövsüm forvard bütün turnirlərdə 23 matçda iştirak edib, 12 qol vurub və 6 məhsuldar ötürmə edib.
0
0