"Tottenhem"də yeni futbolçu
09.01.2024 - 17:26

"Tottenhem" ilin ilk transferini gerçəkləşdirib.
Apasport.az xəbər verir ki, Premyer Liqa klubu "Cenoa"nın müdafiəçisi Radu Draquşinin transferi ilə bağlı razılığa gəlib.
London təmsilçisi 2023-cü ilin ən yaxşı rumıniyalı futbolçusunun keçidinə görə qarşı tərəfə 25 milyon avro üstəgəl 5 milyon avro bonus verəcək. 21 yaşlı arxa xətt oyunçusu 2029-cu ilin yayına kimi komandanın şərəfini qoruyacaq.
Qeyd edək ki, bu mövsüm 22 matçda iştirak edən Radu 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0