“Tottenhem”in TAPINTISI
02.05.2023 - 13:42

“Tottenhem” yay transfer pəncərəsində heyətinə qatacağı yarımmüdafiəçini müəyyənləşdirib.
Apasport.az saytının məlumatına görə, İngiltərə klubunun rəhbərliyi Ceyms Uord-Prausun xidmətində maraqlıdır.
London klubunun skautları axtardığı yarımmüdafiəçini “Sauthempton”da tapıb. Onlar Premyer Liqanın XXXIV turunun “Nyukasl”la matçında (1:3) Ceymsi izləyib.
29 yaşlı futbolçu cari mövsümün 41 matçında meydana çıxıb. Onun hesabında 9 qol və 2 assist var.
Qeyd edək ki, Ceymsin “Sauthempton”la müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.
0
0