"Trabzonspor" bu mövsüm ilk dəfə bunu bacardı
21.01.2025 - 10:33

Türkiyə Super Liqasında XX həftənin son matçında "Trabzonspor" evdə "Sivasspor"u darmadağın edib - 4:0.
Apasport.az xəbər verir ki, Qara dəniz təmsilçisi bu nəticədən sonra cari mövsümdə bir ilkə imza atıb.
Belə ki, ötən mövsüm liqanın son 3 həftəsini qələbə ilə başa vuran "Trabzonspor" 238 gündən sonra ilk dəfə ardıcıl 2 qələbə qazanıb.
Qeyd edək ki, xallarını 25-ə çatdıran "Trabzonspor" turnir cədvəlində 9-cu pilləyə yüksəlib.
0
0