“Trabzonspor” Zaqreb “Dinamo”suna elçi düşdü
22.05.2023 - 17:45

“Trabzonspor” xorvatiyalı hücumçuya elçi düşüb.
Apasport.az saytı xəbər verir ki, Türkiyə klubu Xorvatiya “Dinamo”sundan Bruno Petkoviçi heyətə cəlb etməyə hazırlaşır.
Zaqreb klubu ilə daha bir illik müqaviləsi olan 28 yaşlı forvard “Qaradəniz fırtınası”na keçməkdə maraqlıdır. Xorvatların yeni razılaşma təklifini qəbul etməyən Petkoviç türklərlə danışıqlara da başlayıb. Trabzon klubu futbolçunun transferi üçün qarşı tərəfə 1,5 milyon avro ödəməyə hazır olduğunu açıqlayıb.
Qeyd edək ki, 2019-cu ildən “Dinamo”nun şərəfini qoruyan Bruno bu mövsüm 41 matçda 14 dəfə fərqlənib.
- Fransanın futbolçusu ilin sonuna qədər sıradan çıxdı
- Şotlandiyalı azarkeş açılış matçı üçün 1600 kilometr məsafə qət edib
- Konfrans Liqası: “Betis” və “Panatinaikos” 1/8 finalda - YENİLƏNİB
- "Neftçi"nin prezidenti: “Regekampfın taleyi finaldan asılı deyil”
- Neymar Səudiyyə Ərəbistanı klubu ilə müqavilə imzaladı
0
0