"Trabzonspor"un əfsanəvi prezidenti vəfat edib
17.09.2024 - 11:37

“Trabzonspor”un əfsanəvi prezidentlərindən Mustafa Şamil Ekinci vəfat edib.
Apasport.az xəbər verir ki, bu barədə "bordo-mavili" klubun mətbuat xidməti məlumat yayıb.
Klubda çalışdığı müddətdə 17 kobok qazanan Ekinci 83 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, 2011-ci il fevralın 9-da açılan və klubun nailiyyətlərinin sərgiləndiyi muzey Mustafa Şamil Ekincinin adını daşıyır.
0
0