Türkiyə - İslandiya matçı alban hakimə tapşırıldı
06.09.2024 - 14:51

UEFA Millətlər Liqası çərçivəsində keçiriləcək Türkiyə-İslandiya matçı albaniyalı hakimə tapşırılıb.
Apasport.az xəbər verir ki, qarşılaşmanı Albaniya Futbol Federasiyasından Enea Jorgji idarə edəcək.
Denis Rexa və Ridiqer Çokaj isə Jorgjinin köməkçiləri olacaq.
Bakı vaxtilə saat 22:45-də keçiriləcək matçın dördüncü hakimi Eldorjan Hamiti olacaq.
Qeyd edək ki, Türkiyə sentyabrın 9-da İzmirdəki "Gürsel Aksel Stadionu"nda İslandiyanı qəbul edəcək.
0
0