Türkiyə klubunda yeni çalışdırıcı
12.06.2024 - 22:00

Türkiyə Superliqası təmsilçisi "Samsunspor"un yeni baş məşqçisi müəyyənləşib.
Apasport.az klubun saytına istinadən xəbər verir ki, bu vəzifəyə Tomas Reis təyin edilib. Almaniyalı mütəxəssislə 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, T.Reisin son klubu "Şalke" olub.
0
0