Türkiyə klubunun qapıçısı dağıntılar altında həyatını itirdi
07.02.2023 - 21:05

Türkiyədə zəlzələ nəticəsində dağıntılar altında qalan "Yeni Malatyaspor"un qapıçısı Ahmet Eyüp Türkaslanın həyatını xilas etmək mümkün olmayıb.
Apasport.az xəbər verir ki, bu barədə I divizion komandasının baş məşqçisi Yılmaz Vural "Show TV"yə canlı yayım zamanı deyib.
O ağlayaraq 29 yaşlı qolkiperin ancaq cəsədinin dağıntılar altından çıxarıla bildiyini qeyd edib.
0
0