Türkiyədə Coşqun və Bəxtiyarın dueli - VİDEO
04.04.2024 - 10:13

Türkiyə 1-ci liqasının 28-ci turunda Azərbaycan millisinin üzvləri qarşılaşıb.
Apasport.az xəbər verir ki, Bəxtiyar Həsənəlizadənin formasını geyindiyi "Tuzlaspor" Coşqun Diniyevin oynadığı "Ümraniyəspor"la üz-üzə gəlib.
Qarşılaşmada qalib müəyyənləşməyib, oyun 1:1 hesabı ilə başa çatıb.
Bəxtiyar meydana start heyətində çıxıb və sona qədər oynayıb. Coşqun Diniyev isə oyuna əlavə edilmiş dəqiqələrdə əvəzlənib.
"Tuzlaspor" 28 xalla 15-ci, “Ümraniyəspor” isə 34 xalla 11-ci pillədədir.
0
0