
Türkiyə Futbol Federasiyası ölkədə son günlər baş verən zəlzələ səbəbindən oyunların təxirə salındığını açıqlayıb.
Apasport.az saytı xəbər verir ki, federasiyanın İstanbulda keçirilən təcili iclasında 7-12 fevral tarixləri arasında oynanılması planlaşdırılan bütün matçlar başqa vaxt keçirilib.
Bildirilib ki, bu tarixlərdə keçirilməli olan görüşlər fevralın 17-20-də təşkil olunacaq.
Həmçinin Super Liqada XXIII turun fevralın 6-da keçirilməli olan, lakin təxirə salınan 3 görüşü isə ayın 21-23-də oynanılacaq. Ölkə çempionatında XXIV və XXV turun qarşılaşmalarının cədvəli də yenidən hazırlanacaq.