UEFA-dan “Barselona”ya cəza
04.11.2023 - 14:26

UEFA “Barselona”nı cəzalandırıb.
Apasport.az xəbər verir ki, qitə futbol qurumu hesabat səhvlərinə görə Kataloniya klubuna 500 min avro cərimə kəsib.
Buna səbəb qeyri-maddi aktivlərin satışından əldə edilən mənfəətin hesabatında səhvlərin olması olub. Klubların Maliyyə Nəzarəti Qurumunun Apellyasiya Palatası ispaniyalıların şikayətini rədd edib və cəzanı qüvvədə saxlamağa qərar verib.
0
0