Uels rəqibini gözləyir: Şotlandiya, yoxsa Ukrayna?
01.06.2022 - 09:24

Bu gün DÇ-2022-yə vəsiqə uğrunda pley-offun bir oyunu keçiriləcək.
Apasport.az saytının məlumatına görə, Şotlandiya Ukraynanı qəbul edəcək.
Martda baş tutmalı olan görüş Rusiya və Ukrayna münaqişə üzündən iyunadək təxirə salınıb. “Hampden Park”dakı matçın qalibi pley-offun finalına yüksələcək.
Şotlandiyada qələbə qazanan komanda Uelsin rəqibi olacaq. Qlazqodakı matçın qalibi iyunun 5-də Kardiffdə qonaq olacaq.
⚽ 22:45. Şotlandiya – Ukrayna
0
0