Ulduz futbolçu Dubayda həbs edildi
14.03.2024 - 11:36

Moskvanın "Spartak" klubunda çıxış edən hollandiyalı futbolçu Kuinsi Promes Dubayda həbs edilib.
Apasport.az xəbər verir ki, Promes kokain alverində təqsirli bilinib.
Futbolçu ötən ay Amsterdam məhkəməsi tərəfindən 6 il həbs cəzasına məhkum edilib.
Birləşmiş Ərəb Əmirliklərinə gedən Promes orada saxlanılaraq sərbəst buraxılsa da, Hollandiya prokurorlarının tələbi ilə təcrübəli futbolçu Dubayda həbs edilib.
2 ölkə arasındakı razılaşmaya uyğun olaraq Kuinsin Hollandiyaya ekstradisiya edilməsi gözlənilir.
0
0