Varan "Komo"da qalacaq
25.09.2024 - 16:00

Xəbər verdiyimiz kimi, məşhur futbolçu Rafael Varan Dizindəki zədə səbəbi ilə karyerasını başa çatdırıb.
Apasport.az xəbər verir ki, fransalı futbolçu sosial şəbəkə hesabındakı paylaşımında “Komo”da qalacağını bildirib:
“Meydandan kənarda yeni həyat başlayır. “Komo”da qalacam. Mən sadəcə butslarımdan istifadə etməyəcəm. Tezliklə bu haqda daha çox məlumat paylaşmağı səbirsizliklə gözləyirəm”.
Varan yayda “Komo”ya keçsə də, o, burada cəmi 1 oyun keçirib. 31 yaşlı futbolçu İtaliya klubunda işləməyə davam edəcək.
0
0