Vertongen qayıtdı
03.09.2022 - 00:34

Yan Vertongen karyerasını yenidən Belçikada davam etdirəcək.
Apasport.az saytının məlumatına görə, təcrübəli müdafiəçi “Anderlext”ə keçib.
35 yaşlı futbolçu “Benfika”dan transfer olunub. Onunla 2 illik müqavilə imzalanıb.
Vertongen “Brügge” və “Kopenhagen”in də maraq dairəsində idi. Lakin müdafiəçi “Anderlext”ə üstünlük verib.
Qeyd edək ki, transfer 2 milyon avro ilə dəyərləndirilir.
0
0