Vidal "Kolo-Kolo"da
23.01.2024 - 14:16

Arturo Vidal vətəninə qayıdıb.
Apasport.az xəbər verir ki, Çili millisinin yarımmüdafiəçisi "Kolo-Kolo"ya keçib.
36 yaşlı futbolçunun müqavilə şərtləri barədə məlumat verilməyib. Vaxtilə “Bayer, “Bavariya”, “Yuventus”, “İnter” və “Barselona” kimi top-klublarda çıxış etmiş Vidalın son komandası Braziliya "Atletiko Paranaense"si idi.
Qeyd edək ki, keçidlə bağlı açıqlama verən veteran futbolçu peşəkar futbola başladığı “Kolo-Kolo”ya qayıtdığı üçün xoşbəxt olduğunu, bu komandada karyerasını bitirməyi hədəflədiyini bildirib.
0
0