Vinisius 4 həftə oynamayacaq
28.08.2023 - 12:46

“Real”ın futbolçusu Vinisius Juniorun durumuna aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, 23 yaşlı vinger 4-6 həftə meydanlardan kənar qalacaq.
Braziliyalı futbolçunun ayağında əzələ qırığı aşkarlanıb. O, La Liqanın 3-cü turunun “Selta” ilə matçında (1:0) xəsarət alıb.
Qeyd edək ki, Vinisius zədə üzündən viqolularla matçın 18-ci dəqiqəsində əvəzlənib.
0
0