Vinisus daha 4 il “Real”da
31.10.2023 - 19:12

Braziliyalı hücumçu Vinisius Junior Madrid "Real”ı ilə müqaviləsini yeniləyib.
Apasport.az xəbər verir ki, futbolçu yeni sözləşməyə görə 2027-ci ilin yayına qədər “kral klubu”nun heyətində çıxış edəcək. 2018-ci ildən klubun heyətində çıxış edən oyunçu komanda ilə çıxdığı 235 matçda 63 qol vurub.
Qeyd edək ki, forvardın hazırki "transfermarkt" dəyəri 150 milyon avrodur.
0
0