Virtz 5 superklubun maraq dairəsindədir
25.03.2024 - 10:59

Florian Virtz "Bayer Leverkuzen"də yaxşı mövsüm keçirir və bunun sayəsində daha böyük Avropa klublarının diqqətini çəkir.
Apasport.az xəbər verir ki, jurnalist Ekrem Konur sosial şəbəkələrdə yazır ki, 20 yaşlı Virtz 5 nəhəngin marağındadır.
Virtzlə maraqlanan klublar siyahısında PSJ, "Real Madrid", "Bavariya", "Liverpul" və "Mançester Siti" klubları var.
Nüfuzlu "Transfermarkt" portalı almaniyalının dəyərini 100 milyon avro olaraq qiymətləndirir. 2023/2024 mövsümündə yarımmüdafiəçi "Bayer"in heyətində 36 oyun keçirib, 11 qol vurub və 17 məhsuldar ötürmə verib.
0
0