Virtz Messinin rekordunu təkrarlayıb
27.11.2024 - 14:20

Almaniya millisi və “Bayer”in yarımmüdafiəçisi Florian Virtz argentinalı ulduz futbolçu Lionel Messinin rekordunu təkrarlayıb.
Apasport.az xəbər verir ki, 21 yaşlı pleymeyker buna UEFA Çempionlar Liqasının əsas mərhələsində Avstriya “Zaltsburq”una 5:0 hesabı ilə qalib gəldikləri V tur oyununda dubl etməklə nail olub.
Virtz bununla yaşı 22-dək futbolçular arasında avrokuboklarda 17 qol vuran 2-ci oyunçu olub.
Qeyd edək ki, Florian Virtz 2020-ci ildən “Bayer”in formasını geyinir.
0
0