"Vulverhempton"un kapitanı "Vest Hem"in HƏDƏFİNDƏDİR
03.01.2024 - 16:57

"Vest Hem" "Vulverhempton"un müdafiəçisi Maks Kilmanla maraqlanır.
Apasport.az bu barədə "TBR Football"a istinadla xəbər verir.
Bu mövsüm 26 yaşlı müdafiəçi hazırkı komandasında 21 oyun keçirib, 1 qol vurub.
Transfermarkt portalı ingiltərəli futbolçuya 35 milyon avro qiymət qoyub.
Qeyd edək ki, Premyer Liqanın 20 turunda "Vest Hem" 34 xal toplayıb və turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
0
0