
“Barselona”nın baş məşqçisi Xavi Ernandes ABŞ-a buraxılmayıb.
Apasport.az saytının məlumatına görə, buna səbəb gənc mütəxəssisin İrana səfər etməsidir.
Kataloniyalılar tezliklə ABŞ-a mövsümöncəsi turneyə gedəcək, lakin baş məşqçi komanda ilə uçmayacaq. Rəhbərlik əvvəlcə Xavinin “inzibati və pasport məsələləri” səbəbindən yollanmayacağını açıqlamışdı. Lakin əsl səbəbin baş məşqçinin Qətərin “Əl-Sədd” klubunda olarkən İrana üç dəfə yollanması olduğu müəyyənləşib.
Xavinin ABŞ-a daxil olmaq üçün xüsusi viza alması gözlənilirdi. Lakin ona son anda icazə verilməyib. “Barselona” problemi həll etmək üçün bazar ertəsinə qədər gözləməli olacaq.