Xavi "Barselona" ilə razılaşdı
29.05.2023 - 22:31

Xavi "Barselona" ilə müqaviləsinin müddətini artıracaq.
Apasport.az saytı xəbər verir ki, ispaniyalı mütəxəssis 2026-cı ilin yayına kimi Kataloniya klubunda qalmağı planlaşdırır.
43 yaşlı məşqçi ilə aparılan danışıqların artıq yekunlaşdığı və tərəflərin bütün detalları razılaşdırdığı bildirilir.
Qeyd edək ki, 2022/23 mövsümündə komanda onun rəhbərliyi altında vaxtından əvvəl İspaniya çempionu olub və ölkə Superkubokunu qazanıb.
0
0