Yazıcı Rusiyaya qayıdır
26.12.2022 - 11:15

Türkiyəli futbolçu Yusuf Yazıcı qışda icarə əsasında çıxış etdiyi “Trabzonspor”dan ayrıla bilər.
Apasport.az saytı xəbər verir ki, 25 yaşlı hücumameyilli yarımmüdafiəçi karyerasını yenidən Rusiyada davam etdirməyə yaxındır.
2021/2022 mövsümündə Moskva MOİK-in formasını geyinmiş Yazıcı bu dəfə “Zenit”in hədəfinə düşüb. Onunla müqavilə imzalanacağı gözlənilir.
Qeyd edək ki, Fransanın “Lill” klubuna məxsus olan futbolçu Türkiyə klubunda 6 ayda Super Liqada 4 oyunda cəmi 170 dəqiqə meydanda olub.
0
0