“Yuventus” apelyasiya verəcək
21.01.2023 - 10:38

“Yuventus” İtaliya Futbol Federasiyasının cəzası ilə bağlı apelyasiya verəcək.
Apasport.az saytının məlumatına görə, bunu Turin klubunun mətbuat xidməti açıqlayıb.
A seriyası təmsilçisi aktivindən 15 xal silinməsi ilə bağlı bəyanat yayıb. Bildirilir ki, klub rəhbərliyi qərardan Arbitraj Kollegiyasına şikayət edəcək.
Qeyd edək ki, maliyyə fırıldaqları səbəbindən klubun A seriyasındakı hesabından 15 xal silinib. Bu, komandanın 10-cu pilləyə yuvarlanması ilə nəticələnib.
0
0