“Yuventus” dünya çempionatına vəsiqə qazanıb
13.03.2024 - 11:09

İtaliya A Seriyası təmsilçisi “Yuventus” 2025-ci ildə keçiriləcək klublararası dünya çempionatında oynamaq imkanı qazanıb.
Apasport.az xəbər verir ki, “Napoli”nin Çempionlar Liqası ilə vidalaşdıqdan sonra "Yuventus" buna nail olub. Neapollular 1/8 finalda “Barselona”ya uduzublar – 1:1, 1:3.
Beləliklə, “Yuventus” UEFA reytinqində “Napoli”ni qabaqlayaraq dünya çempionatına vəsiqə qazanıb.
Qeyd edək ki, dünya çempionatı iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçiriləcək. 32 komanda 8 qrupda mübarizə aparacaq.
- "Araz-Naxçıvan" Çempionlar Liqasında mübarizəyə başlayır
- "Lex"in baş məşqçisi: "Komandamızın təcrübəsində belə hesablı məğlubiyyət olmayıb"
- "Çelsi" yeni transferini icarəyə verdi
- Maksim Medvedev: "Almeydaya deyirik ki, şampunu ver"
- Dünya çempionumuz: "Qazandığım uğur digər qadın güləşçilərimizin də yolunu açacaq"
0
0