“Yuventus” müdafiəçisi ilə müqavilə imzalayır
16.10.2023 - 12:48

“Yuventus” futbolçusu Federiko Qatti ilə müqaviləni uzadacaq.
Apasport.az xəbər verir ki, İtaliya klubu müdafiəçi ilə danışıqları yekunlaşdırmağa yaxındır.
25 yaşlı italiyalının yeni anlaşması 2028-ci ilədək nəzərdə tutulacaq. O, ötən ilin yanvarında Turin klubuna keçib.
Qeyd edək ki, Qatti cari mövsümdə A seriyasında 6 oyunda bir qol vurub.
0
0