“Yuventus” onları satmağa hazırdır
14.07.2023 - 11:19

“Yuventus” heyətdə təmizləmə əməliyyatına başlayıb.
Apasport.az saytı xəbər verir ki, Turin klubu 4 futbolçu ilə yolları ayırmaq istəyir.
A seriyası təmsilçisi yarımmüdafiəçilər Ueston Makkenni, Denis Zakariya, Leonardo Bonuççi və Artur Melonu satışa çıxarıb. İtalyanlar sərfəli təklif gələcəyi təqdirdə bu futbolçuları satmağa hazırdır.
Qeyd edək ki, “ağ-qaralar” son mövsümü 62 xalla 7-ci sırada başa vurub.
0
0