"Yuventus" Poqba ilə müqaviləni pozur?
13.09.2023 - 12:22

"Yuventus" dopinq səbəbindən Pol Poqba ilə müqaviləni poza bilər.
Apasport.az saytı xəbər verir ki, Turin təmsilçisi 30 yaşlı yarımmüdafiəçidən götürüləcək təkrar testin cavabını gözləyir.
B testindən sonra rəsmi qərar veriləcək.
Hələlik Poqbanın illik 8 milyon avro və 2 milyon bonus olan maaşı dayandırılıb.
Qeyd edək ki, futbolçunun klubu ilə müqaviləsi 2026-cı ilə qədər qüvvədədir.
0
0