“Yuventus”da yeni müqavilə
16.06.2022 - 15:58

“Yuventus” futbolçusu Mattia de Şilyo ilə müqaviləni uzadıb.
Apasport.az saytının məlumatına görə, bunu İtaliya klubunun mətbuat xidməti açıqlayıb.
29 yaşlı müdafiəçi ilə yeni anlaşma 2025-ci ilin yayına qədər nəzərdə tutulub. O, 2017-ci ildən Turin təmsilçisinin formasını geyinir.
Qeyd edək ki, Mattia ötən mövsüm A seriyasında 20 oyunda 1 qol vurub.
0
0