"Yuventus"dan 15 xal silindi – SON DƏQİQƏ
21.01.2023 - 00:46

İtaliya Futbol Federasiyası maliyyə fırıldaqlarına görə "Yuventus"dan A Seriyasında 15 xal silinməsi qərarı verib.
Apasport.az xəbər verir ki, Turin klubu bu qərardan apellyasiyaya müraciət etmək hüququna malikdir.
Bundan başqa, "Yuventus"un sabiq prezidenti Andre Anyelliyə 2 illik və bu klubun Direktorlar Şurasının sədr müavini Pavel Nedvyedə 8 aylıq futbol fəaliyyəti ilə məşğul olma qadağası verilib.
Qeyd edək ki, 15 xal silinməsinə görə, "Yuventus" 3-cü sıradan 10-cu pilləyə yuvarlanıb. Hazırda komandanın 22 xalı var.
0
0