“Yuventus”dan 5 milyonluq transfer
16.06.2023 - 09:40

“Marsel”in futbolçusu Arkadiuş Milikin “Yuventus”a keçidinin detalları bəlli olub.
Apasport.az saytının məlumatına görə, İtaliya klubu polşalı hücumçunun ötən mövsümdəki icarəsi üçün 1 milyon avro ödəyib.
Anlaşmada futbolçunun sonradan alınmaq öhdəliyi də yer alıb. Bunun üçün Turin klubu 5 milyon ödəməli olacaq.
Qeyd edək ki, Milik üç illik müqavilə imzalayacaq. Onun maaşı ildə 3 milyon avro olacaq.
0
0