“Yuventus”dan Alleqri qərarı
26.10.2022 - 22:39

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqrinin taleyinə aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, İtaliya klubunun rəhbərliyi Çempionlar Liqasında 1/8 final şansını itirən komandanın çalışdırıcısını postunda saxlayacaq.
Alleqri ən azı DÇ-2022-yə qədər vəzifəsində qalacaq. Turinlilər Qətərdəki mundialla bağlı fasilə dövründə baş məşqçinin işini müzakirə edəcək.
Qeyd edək ki, “Benfika”ya 3:4 hesablı məğlubiyyətdən sonra komandanın azarkeşləri Alleqrinin istefasını tələb edir.
0
0