“Yuventus”dan De Liqt qərarı
12.06.2022 - 23:25

“Yuventus” futbolçusu Matteys de Liqtlə müqaviləni uzadacaq.
Apasport.az saytının məlumatına görə, niderlandlı müdafiəçi ilə yeni anlaşma 2026-cı ilin yayına qədər olacaq.
Turinlilər futbolçu ilə danışıqları intensivləşdirərək onun razılığını alıb. Buna “Çelsi”nin müdafiəçiyə maraq göstərməsi səbəb olub.
Qeyd edək ki, de Liqt ötən mövsümün 42 matçında 3 qol vurub.
0
0