“Yuventus”la “Borussiya”nın ortaq hədəfi
03.11.2023 - 18:10

“Yuventus” və Dortmund “Borussiya”sı “Bornmut”un futbolçusu Loyd Kellini transfer etmək istəyir.
Apasport.az xəbər verir ki, 25 yaşlı ingiltərəli futbolçunun keçidində hər iki nəhəng israrlıdır.
Klubla müqaviləsi 2024-ün yayında bitən oyunçu ilə Premyer Liqa təmsilçiləri də maraqlanır. “Fulhem”, “Vest Hem” və “Totenhem” onu heyətinə qatmağı planlaşdırır.
Qeyd edək ki, sol cinah müdafiəçisinin transfer dəyəri 18 milyon avrodur.
0
0