“Yuventus”un istədiyi hücumçu “Sassuolo”da qaldı
19.08.2023 - 16:43

“Sassuolo”nun futbolçusu Domeniko Berardinin taleyinə aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, bunu klubun baş direktoru Covanni Karnevali açıqlayıb.
Klub rəsmisi hücumçu ilə bağlı qərara aydınlıq gətirib. O bildirib ki, “Sassuiolo” bu yay forvardı satmayacaq.
Buna klubun tələb etdiyi məbləğin ödənməməsi səbəb olub. “Sassuolo” 30 milyon avro tələb edir.
Qeyd edək ki, Berardinin xidmətində “Yuventus” maraqlıdır.
0
0