“Zenit”dən 4 milyonluq təklif
08.12.2023 - 13:49

“Zenit”in “San-Paulu”nun müdafiəçisi Vellinqtonu heyətinə qatmağa qərar verib.
Apasport.az xəbər verir ki, Rusiya klubu 22 yaşlı futbolçu üçün 4 milyon avro təklif etməyə hazırlaşır.
Klublar arasında transferlə bağlı danışıqlar yaxın günlərdə başlayacaq. Futbolçunun agenti Robson Ferreyra da bildirib ki, danışıqlar hələ start götürməyib.
Qeyd edək ki, Vellinqton “San-Paulu”nun heyətində 116 matçda 2 qol vurub, 10 məhsuldar ötürmə edib.
0
0