Azərbaycan atleti Macarıstanda gümüş medal qazanıb
05.06.2024 - 12:19

Azərbaycan marafonçusu Elmir Əskərov Macarıstanın Balatonfüred şəhərində keçirilən dünya çempionatında gümüş medal qazanıb.
Apasport.az Azərbaycan Atletika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, o, 40-44 yaş qrupundan olan idmançılar arasında ikinci yeri tutub.
Elmir Əskərov iki gün davam edən yarışda 327 km nəticə ilə 200 mil məsafəyə beynəlxalq normativi yerinə yetirib.
0
0