Azərbaycan çempionatının başlama tarixi bəlli oldu
08.03.2024 - 22:52

Martın 12-15-də Şağan Olimpiya İdman Kompleksində güləş üzrə U-15 Azərbaycan çempionatı keçiriləcək.
Apasport.az xəbər verir ki, üçüncü dəfə keçiriləcək birincilikdə sərbəst, yunan-Roma və qadın güləşi üzrə mübarizə baş tutacaq.
Azərbaycan Güləş Federasiyası ilə Gənclər və İdman Nazirliyinin birgə ortaq təşkil etdiyi turnirin ilk 2 günündə sərbəst güləşçilər qüvvəsinin sınayacaq. Növbəti 4 gündə qadın və yunan-Roma güləşi üzrə yarışlar keçiriləcək.
Qeyd edək ki, birincilikdə medal qazanan idmançılar müvafiq yaş üzrə yığma komandalara cəlb ediləcək.
0
0