Bakı birinciliyi keçiriləcək
27.03.2024 - 20:28

15 yaşadək cüdoçular arasında Bakı şəhər birinciliyi keçiriləcək.
Apasport.az xəbər verir ki, yarış Azərbaycan Cüdo Federasiyası və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə baş tutacaq.
Martın 29-31-də təşkil olunacaq birincilikdə 800-dən çox yeniyetmə cüdoçu medallar uğrunda mübarizə aparacaq.
Yarış Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçiriləcək.
0
0