Bəxtiyar ehtiyatda qaldı, “Tuzlaspor” uduzdu
14.01.2024 - 21:34

Türkiyə 1-ci liqasında 18-ci turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, Bəxtiyar Həsənalızadənin şərəfini qoruduğu "Tuzlaspor" “Çorum”la qarşılaşıb.
Gərgin keçən matçda 3 qol vurulub. Nəticədə həmyerlimizin komandası 1:2 hesabı ilə uduzub. Bəxtiyar görüşü ehtiyat oyunçular skamyasında izləyib.
Qeyd edək ki, "Tuzlaspor" 16 xalla 16-cı pilləsə qərarlaşıb.
0
0