Bəxtiyarın komandası məğlub oldu
18.03.2024 - 00:31

Türkiyə 1-ci Liqasında 27-ci turun oyunları keçirilib.
Apasport.az xəbər verir ki, yığmamızın üzvü Bəxtiyar Həsənalızadənin şərəfini qoruduğu “Tuzlaspor” da növbəti matçına çıxıb.
Komanda “Erzurumspor”un qonağı olub. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 1:0.
Bəxtiyar meydana start heyətində çıxıb. O, sona qədər oynayıb və 52-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
Qeyd edək ki, “Tuzlaspor” 27 xalla 15-ci pillədə qərarlaşıb.
- “Bakı yarışının qadın marşalları idman dünyası üçün yeni ilham mənbəyi olacaq”
- Qurban Qurbanov: "Mənim üçün cavab vermək çətindir"
- Aleksey İsayev: “Qarabağ”a keçən hər bir futbolçu irəli addım atır”
- Arda Gülər “Real”da qol hesabını açdı
- Millətlər Liqası: Portuqaliyadan qələbə, İspaniya Serbiya ilə bacarmadı
0
0