Coşqun oynadı, komandası heç-heçə etdi
23.09.2024 - 00:30

Türkiyə 1-ci Liqasında VI turun matçları keçirilir.
Apasport.az xəbər verir ki, millimizin futbolçusu Coşqun Diniyev də növbəti oyununa çıxıb.
"Bandırmaspor" səfərdə "İstanbulspor"la qarşılaşıb. Qarşılaşmada hesab açılmayıb.
Görüşə start heyətində başlayan Coşqun 84-cü dəqiqədə əvəzlənib. O, sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, "Bandırmaspor" 6 oyundan sonra 8 xal toplayıb.
0
0